Bakı. 17 avqust. REPORT.AZ/ Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında kütləvi toqquşma olub.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri Amasonas ştatında əməliyyat keçiriblər. Puerto-Ayakuço şəhərindəki həbsxanada əməliyyat çərşənbə gününə keçən gecə təşkil olunub.
Şəhər şurasının nümayəndəsi Xose Mexiasın sözlərinə görə, hakimiyyət orqanları həbsxanaya nəzarəti bərpa etməyə cəhd göstəriblər. Lakin məhbuslar buna qarşı çıxıblar.
Təhlükəsizlik qüvvələri ilə məhbuslar arasında baş vermiş toqquşma zamanı 37 məhbus öldürülüb.