Yuxarı

Venesuelada həbsxanada baş verən yanğın nəticəsində 17 nəfər ölüb

Ölənlərdən 9-u kişi, 8-i qadındır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Venesuelanın şimalında yerləşən Karabobo əyalətindəki həbsxanalardan birində baş verən yanğın nəticəsində 17 nəfər ölüb. 

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, ölənlərdən 9-u kişi, 8-i qadındır. 11 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Ötən il Venesuela həbsxanalarında 309 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi