Venesuelada həbsxanadan kütləvi qaçışa cəhd zamanı həlak olan məhbusların sayı artıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsinin əməkdaşlarından birinə istinadən
Məlumata görə, həbsxanadan qaçışa cəhd zamanı öldürülənlərin sayı 46-a çatıb.
Agentliyin müsahibi bildirib ki, öldürülənlərin sayı artacaq, çünki sayı hələ müəyyənləşdirilməmiş yaralılardan çoxu ağır vəziyyətdədir.
O, həmçinin qeyd edib ki, cəzaçəkmə müəssisəsinin direktoru Karlos Roxo kürəyindən ağır bıçaq xəsarəti alıb. İğtişaşların yatırılmasında iştirak etmiş milli qvardiyanın leytenantı partlayıcı qurğunun qəlpələrindən xəsarət alıb. Partlayıcını məhbuslardan biri atıb.
Daha əvvəl bildirilirdi ki, Venesuelanın şimal-qərbindəki Portuqesa ştatındakı cəzaçəkmə müəssisəsində baş verən qarışıqlıqlar zamanı 17 məhbus həlak olub.
***03:19
Venesuelanın qərbindəki Portuqesa ştatının Quanare şəhərində cəzaçəkmə müəssisələrindən birində qarışıqlıqlar nəticəsində azı on yeddi məhbus odlu silahdan açılan atəşlə öldürülüb, daha doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə
Qəzetin məlumatına görə, bir qrup məhbus Venesuela Milli Qvardiyası qüvvələri tərəfindən qorunan koloniyadan çıxmağa çalışıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına qumbara atılıb. Nəticədə onlardan azı biri xəsarət alıb. Həmçinin bildirilir ki, hadisə zamanı həbsxananın direktoru da bıçaq xəsarəti alıb.
Hazırda koloniyanın ərazisində qayda-qanun bərpa edilib.