Venesuelada general, hərbçi və polislər quldur hücumu nəticəsində öldürülüb

Venesuelada general, hərbçi və polislər quldur hücumu nəticəsində öldürülüb Venesuela Milli Qvardiya aviasiyasının generalı, həmçinin daha üç hərbçi və iki polis ölkənin Araqua ştatında naməlum quldurların hücumu nəticəsində öldürülüb.
Digər ölkələr
5 May , 2019 02:47
Venesuelada general, hərbçi və polislər quldur hücumu nəticəsində öldürülüb

Venesuela Milli Qvardiya aviasiyasının generalı, həmçinin daha üç hərbçi və iki polis ölkənin Araqua ştatında naməlum quldurların hücumu nəticəsində öldürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü "Infobae" portalı məlumat yayıb.

İlkin məlumata görə, onlar səhər tezdən rançolardan birində terrorçuların fəaliyyətinin yoxlanılması məqsədi ilə verilən tapşırıqdan geri qayıdarkən pusquya düşüblər. Qrup 25 hərbçi və beş polis əməkdaşından ibarət olub.

Canilər ərazinin relyefini nəzərə alaraq yaxşı təşkil olunmuş pusqudan atəş açıblar. Nəticədə biri general olmaqla dörd hərbçi və iki polis əməkdaşı həlak olub. Qrupun daha dörd iştirakçısı yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi