​Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub

​Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub Bu vəziyyət bütün ölkə ərazisində 60 gün ərzində qüvvədə olacaq
Digər ölkələr
16 Yanvar , 2016 00:18
​Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub

Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edib.

"Report" xəbər verir ki, müvafiq fərman Venesuela televiziyasının birbaşa efirində oxunub.

Maduro ölkə parlamentindən yerli iqtisadiyyatın xilası üçün dəqiq fövqəladə tədbirlər planını təsdiqləməyi xahiş edib.

"Biz fövqəladə planı aktivləşdirmək və iqtisadiyyatımızı yenidən qurmaq niyyətindəyik", - deyə o bildirib.

Madura bundan əvvəl 90 faizdən çox neft gəlirlərindən asılı olan Venesuela iqtisadiyyatında istehsalın artırılması üzrə tədbirlər planı təqdim edəcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi