Venesuelada Fidel Kastronun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub

Venesuelada Fidel Kastronun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub Prezident Nikolas Maduro Karakasda inqilabçının şərəfinə mərasim keçirəcək
Digər ölkələr
27 Noyabr , 2016 01:08
Venesuelada Fidel Kastronun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro Kuba inqilabçısı Fideo Kastronun vəfatı ilə əlaqədar üçgünlük mətam elan edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Maduro, həmçinin paytaxt Karakasda, Fidel Kastronun yaxın silahdaşı olan Uqo Çavesin dəfn edildiyi yerdə inqilabçının şərəfinə mərasim keçirmək niyyətindədir.

Kuba inqilabının lideri Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi