Venesuelada etirazlar zamanı 218 nəfər həbs olunub

Venesuelada etirazlar zamanı 218 nəfər həbs olunub Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada etirazlar zamanı həbs edilənlərin sayı 218 nəfərə çatıb.
Digər ölkələr
24 Yanvar , 2019 10:45
Venesuelada etirazlar zamanı 218 nəfər həbs olunub
BBC

Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada etirazlar zamanı həbs edilənlərin sayı 218 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Foro Penal" hüquq müdafiəsi təşkilatının məlumatları göstərir.

Məlumata görə, yanvarın 21-də 9, ayın 22-də 34, bir gün sonra isə 175 nəfər həbs olunub.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi