Venesuelada etiraz aksiyası zamanı azı 18 nəfər yaralanıb

Venesuelada etiraz aksiyası zamanı azı 18 nəfər yaralanıb Etirazçılar ilə polis arasında toqquşma baş verib
Digər ölkələr
7 Aprel , 2017 03:57
Venesuelada etiraz aksiyası zamanı azı 18 nəfər yaralanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Cümə axşamı Venesuelanın paytaxtı Karakasda hökumət əleyhinə nümayiş zamanı azı 18 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço öz "Twitter" səhifəsində yazıb.

Aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib. Asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz və digər vasitələrdən istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi