Bakı. 25 yanvar. REPORT.AZ/ Venesuelada son günlər keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 26 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası"nın (OVCS) "Twitter"ə yerləşdirilən məlumatında deyilir.
Bildirilir ki, söhbət şəxsiyyəti müəyyənləşdirilən ölənlərdən gedir.
Ölən və yaralananlar barədə rəsmi məlumat isə yoxdur.
Daha əvvəl ölənlərin 16 nəfər olduğu bildirilmişdi.