Venesuelada daşqınlar nəticəsində azı 13 nəfər ölüb

Venesuelada daşqınlar nəticəsində azı 13 nəfər ölüb Mətbuatda yayılan məlumatlara görə, bir çox evlər işıqsız qalıb
Digər ölkələr
24 Avqust , 2021 23:52
Venesuelada daşqınlar nəticəsində azı 13 nəfər ölüb

Venesuelanın qərbindəki Merida əyalətində uzun müddət davam edən leysan yağışlar nəticəsində Mokotis çayının daşması nəticəsində azı 13 nəfər həyatını itirib.

"Report"un xəbərinə görə, bu barədə Frans Press agentliyi əyalətin qubernatoru Ramon Guevara istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Tovar kəndində 11 nəfərin meyiti tapılıb. İki uşaq isə Pinto Salinas bələdiyyəsində ölüb.

Sürüşmə nəticəsində hadisə yerinə giriş çətinləşib. Bir çox evlər işıqsız qalıb, telefon əlaqəsi kəsilib.

Təbii fəlakət paytaxt Karakas şəhəri də daxil olmaqla ölkənin digər bölgələrini də əhatə edib. Meteoroloqlara görə, azı altı əyalətdə çaylarda suyun səviyyəsinin yüksələcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi