Yuxarı
    Bağlamaq

    Venesuelada bir qrup silahlı şəxs doğum evinə hücum edib

    Prezident Nikolas Maduro körpələri qorumaq məqsədilə xəstəxananın təxliyə edilməsi barədə sərəncam verib© Ria.ru

    Bakı. 21 aprel. REPORT.AZ/ Ötən gecə bir qrup silahlı şəxs Venesuelanın paytaxtı Karakasda yerləşən doğum evinə hücum edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Delsi Rodriges məlumat verib.

    "Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, müxalifət tərəfindən tutulmuş silahlı dəstələr 54 körpənin olduğu doğum evinə hücum edib", - XİN başçısının "Twitter" səhifəsində yerləşdirilən məlumat deyilir.

    Nazirin sözlərinə görə, ölkə prezidenti Nikolas Maduro körpələri qorumaq məqsədilə xəstəxananın təxliyə edilməsi barədə sərəncam verib.

    "Noticias24" portalının məlumatına görə, insident "Hospital Materno Infantil Hugo Chavez" xəstəxanasında baş verib. Hücum nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.

    Qeyd edək ki, hücum Venesuela Ali Məhkəməsinin müxalifətdə olan Milli Assambleyanın fəaliyyətini məhdudlaşdırmaqla bağlı qərarı ilə əlaqədar ölkədə baş qaldıran kütləvi etirazlar fonunda baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi