Venesuelada 27 partiya parlament seçkilərini boykot etdi

Venesuelada 27 partiya parlament seçkilərini boykot etdi Venesueladakı əsas müxalifət partiyaları bu ilin dekabr ayının əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirak etməkdən imtina ediblər.
Digər ölkələr
3 Avqust , 2020 03:30
Venesuelada 27 partiya parlament seçkilərini boykot etdi

Venesueladakı əsas müxalifət partiyaları bu ilin dekabr ayının əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirak etməkdən imtina ediblər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə prezident Nikolas Maduroya qarşı çıxan siyasi qüvvələrin yayımladığı birgə bəyanatda qeyd olunub.

Bəyanatı hazırda parlamentdə təmsil olunan üç partiya daxil olmaqla 27 partiya imzalayıb.

Venesuela müxalifəti 2015-ci ilin dekabrında Milli Assambleyaya keçirilən seçkilərdə qalib gəlib, lakin sonradan bu qanunverici orqan qərar qəbul etmə prosesindən effektiv şəkildə kənarlaşdırılıb.

Venesuela Milli Seçki Şurasının qərarına əsasən, dekabrın 6-da respublikada parlament seçkiləri keçiriləcək. Namizədlərin qeydiyyatı avqustun 10-dan 19-dək, seçki kampaniyası isə 21 noyabr - 5 dekabr tarixlərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi