​Venesuela zooparkında 50-dən çox heyvan aclıqdan ölüb

​Venesuela zooparkında 50-dən çox heyvan aclıqdan ölüb Karikuao heyvanxanasının sakinləri canlarını son yarımildə tapşırıblar
Digər ölkələr
29 İyul , 2016 04:47
​Venesuela zooparkında 50-dən çox heyvan aclıqdan ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Venesuelanın Karakas şəhərində yerləşən ən böyük heyvanxanalarından birində demək olar ki, 50 heyvan xroniki ərzaq çatışmazlığından ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə həmkarlar ittifaqı lideri Marlen Sifontes məlumat verib.

Karikuao zooparkının bütün sakinləri canlarını son yarımildə tapşırıblar. Bəziləri isə – Vyetnam donuzu, tapirlər, dovşanlar və quşlar iki həftə ac qalıblar.

Sifontesin fikrincə ölkə ərazisindəki bütün heyvanxanalar eyni problemlə üzləşirlər. Məsələn, La Laqunedə (Taçira ştatı) yerli zooparkın rəhbərliyi yerli iş adamlarından ianə toplayır.

"Biz zooparkın öz fəaliyyətini davam etdirməsi üçün insan gücü yetən dərəcədə əlimizdən gələni edirik", — deyə heyvanxananın maliyyə işləri ilə məşğul olan yerli bələdiyyənin mühasibi Oslander Montoyya bildirib.

Son xəbərlər

Orphus sistemi