Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır

Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır Venesuela prezidenti Nikolas Maduro siyasi rəqibləri ilə danışıqlar masasına əyləşməyə hazır olduğunu təsdiq edir.
Digər ölkələr
8 aprel 2019 19:53
Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır

Venesuela prezidenti Nikolas Maduro siyasi rəqibləri ilə danışıqlar masasına əyləşməyə hazır olduğunu təsdiq edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Xorxe Arreas bildirib.

"Siyasi, sosial, iqtisadi məsələlər üzrə dialoq – bu, böhrandan yeganə çıxış yoludur. Prezident Maduro və onun hökuməti gözləyir ki, müxalifət öz xalqına hörmət edəcək və bizi vaxt itirməyə məcbur etmədən danışıqlara başlayacaq", - deyə Arreas bildirib.

Xarici İşlər Nazirliyinin başçısı həmçinin Venesuela müxalifətinin ABŞ-dan asılılıqdan azad olacağına ümidini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi