Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb

Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb Bakı. 6 avqust. REPORT.AZ/ Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.
Digər ölkələr
6 Avqust , 2018 23:46
Venesuela prezidentinin andiçmə mərasiminə mane olan şəxs ölü tapılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.

“Report” "Nasyonal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.

Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.

"Nikolas, mən Yendriyəm, mənə kömək et",- deyə kişi qışqırıb.

Sançes bu hərəkətinə görə təqribən 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi