Venesuela prezidentinə qarşı iddia qaldırılıb

Venesuela prezidentinə qarşı iddia qaldırılıb İddia 56 səhifədən ibarətdir
Digər ölkələr
18 İyul , 2017 19:10
Venesuela prezidentinə qarşı iddia qaldırılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Kolumbiyadan və Çilidən olan bir qrup senator Haaqada Beynəlxalq cinayət məhkəməsinə müraciət edərək Venesuela Prezidenti Nikolas Maduroya qarşı iddia qaldırıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, ona qarşı irəli sürülən ittihamlar arasında işgəncələr və əhalinin qeyri-qanuni bölgüsü yer alıb.

"Bu ona görə edilir ki, Haaqada məhkəmə prokurorunun dəftərxanası işgəncə, təzyiq, qeyri-qanuni həbslər və s. barədə məlumatlı olsun", - Kolumbiya parlamentinin üzvü İvan Dukenin saytında yerləşdirilən məlumatda deyilir.

İ.Dukenin sözlərinə görə, iddia 56 səhifədən ibarətdir. Sənəd Nikolas Maduro tərəfindən həyata keçirilən mümkün cinayətlər barədədir. 

Son xəbərlər

Orphus sistemi