Venesuela prezidenti Trampla görüşmək istədiyini bildirib

Venesuela prezidenti Trampla görüşmək istədiyini bildirib Bakı. 26 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.
Digər ölkələr
26 Sentyabr , 2018 06:57
Venesuela prezidenti Trampla görüşmək istədiyini bildirib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.

"Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun", - deyə o əlavə edib.

Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.

Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi