Yuxarı

Venesuela prezidenti Səudiyyə Ərəbistanına səfər edib

Nikolas Maduro orada neft hasilatı ilə bağlı danışıqlar aparacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro beynəlxalq turne çərçivəsində bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

"Report" xəbər verir ki, bu barədə Krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh məlumat verib.

Nikolas Maduro Ər-Riyadda neft hasilatı ilə bağlı danışıqlar aparacaq.

Bu günlərdə Maduro Azərbaycanda səfərdə olub və burada OPEK-ə üzv və qeyri-üzv ölkələrin yaxın vaxtlarda neft hasilatının azaldılması üzrə razılığa gələcəyinə əminliyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi