Yuxarı
    Bağlamaq

    Venesuela prezidenti müsəlman qubernatoru vitse-prezident təyin edib

    Bu təyinata qədər Tarik əl-Aysammi Araqua vilayətinin qubernatoru vəzifəsini yerinə yetirib

    Bakı. 5 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro hökumətdə aparılan dəyişikliklər çərçivəsində druz təriqətinin tərəfdarı olan müsəlman qubernator Tarik əl-Aysammini özünə vitse-prezident təyin edib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, hökumətdə dəyişikliklər prezident N.Maduronun istefası haqqında referendum ərəfəsində keçirilir. Referendum uğurlu olarsa, T.Əl-Aysammi ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

    Qeyd edək ki, bu təyinata qədər Tarik əl-Aysammi Araqua vilayətinin qubernatoru vəzifəsini yerinə yetirib.

    Bundan başqa, N.Maduro Ramon Lobonu yeni iqtisadiyyat və maliyyə naziri təyin edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi