Venesuela paytaxtında metro yenidən ödənişli olacaq

Venesuela paytaxtında metro yenidən ödənişli olacaq Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-dan etibarən Venesuelanın paytaxtı Karakasda 2017-ci ilin sonundan pulsuz fəaliyyət göstərən metro yenidən ödənişli olacaq, eyni zamanda gediş haqqı 12,5 min dəfə artacaq.
Digər ölkələr
4 Sentyabr , 2018 23:54
Venesuela paytaxtında metro yenidən ödənişli olacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-dan etibarən Venesuelanın paytaxtı Karakasda 2017-ci ilin sonundan pulsuz fəaliyyət göstərən metro yenidən ödənişli olacaq, eyni zamanda gediş haqqı 12,5 min dəfə artacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşmı Karakas metropoliteni məlumat ayıb.

Bildirilir ki, bilet satışına şənbə günü, sentyabrın 8-dən başlanacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək ki, bu da 50 min köhnə bolivara bərabərdir. 2017-ci ildə, bilet satışı ləğv edilməzdən əvvəl bir gediş 4 köhnə bolivara başa gəlirdi. Həmin vaxt dolların məzənnəsi bir neçə milyon bolivar idi.

Buna baxmayaraq, Karakas dünyada ən ucuz ictimai nəqliyyatın fəaliyyət göstərdiyi şəhərlərdən biri olaraq qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi