Venesuela parlamenti Maduronu qəsbkar elan edib

Venesuela parlamenti Maduronu qəsbkar elan edib Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela Milli Assambleyası (parlament) ikinci müddətə yenidən seçildikdən sonra prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədar olaraq Nikolas Maduronun qəsbkar elan olunduğu qanun qəbul edib.
Digər ölkələr
16 Yanvar , 2019 00:53
Venesuela parlamenti Maduronu qəsbkar elan edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela Milli Assambleyası (parlament) ikinci müddətə yenidən seçildikdən sonra prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədar olaraq Nikolas Maduronun qəsbkar elan olunduğu qanun qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Məlumata görə, belə bir tədbir Maduronun bütün hərəkətlərinin etibarsız sayılmasını nəzərdə tutur.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirdiyi xəbər verilib

Son xəbərlər

Orphus sistemi