Venesuela parlamenti humanitar böhran elan edib

Venesuela parlamenti humanitar böhran elan edib Venesuela Milli Assambleyası hökuməti humanitar kanal açmağa çağırıb
Digər ölkələr
15 Mart , 2017 10:31
Venesuela parlamenti humanitar böhran elan edib

Bakı. 15 mart. REPORT.AZ/ Venesuela Milli Assambleyası ölkədə humanitar böhran yaşanması barədə razılaşmanı yekdilliklə qəbul edib.

"Report" "El Nacional"a istinadən xəbər verir ki, həmçinin ölkənin ərzaq təminatı ilə bağlı problemlərini araşdırmaq üçün komissiya yaradılmasına razılıq verilib.

"Hökumətin humanitar sahədə fövqəladə vəziyyət elan etməsi məntiqli olardı. Ancaq onlar həqiqəti gizlətməyə və istehsalı məhv etməyə çalışırlar", - deyə Milli Assambleyanın sədri Xulio Borxes bildirib.

O, həmçinin ölkədə aclıq və yoxsulluq məsələlərini həll etmək üçün çıxış yollarının tapılmasının vacibliyini qeyd edib və hökuməti humanitar kanal açmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi