Venesuela ordusu ərzaq məhsullarının və dərman preparatlarının paylanmasını nəzarət altına alıb

Venesuela ordusu ərzaq məhsullarının və dərman preparatlarının paylanmasını nəzarət altına alıb Venesuelada hərbçilər ölkənin ən böyük beş limanına nəzarəti ələ keçirib
Digər ölkələr
13 İyul , 2016 13:43
Venesuela ordusu ərzaq məhsullarının və dərman preparatlarının paylanmasını nəzarət altına alıb

Bakı. 13 iyul. REPORT.AZ/ Venesuelada hərbçilər ölkənin ən böyük beş limanına nəzarəti ələ keçirib.

"Report" "BBC News"a istinadən xəbər verir ki, hərbçilər ölkə prezidenti Nikolas Maduronun sərəncamına əsasən ərzaq məhsullarının və dərman preparatlarının paylanmasını həyata keçirməyə başlayıb.

Prezident Maduro ərzaq məhsulları, dərman preparatları, şəxsi gigiyena üçün məhsullar və təmizləyici vasitələrin alqısı, satqısı və paylanmasını həyata keçirəcək yeni orqanın yaradılmasına dair sərəncam verib. Yeni orqana müdafiə naziri Vladimir Padrino rəhbərlik edir. Qurumun əsas vəzifələrindən biri Venesuelaya idxal olunan xarici məhsullarının həcmini yoxlamaq olacaq.

Xatırladaq ki, iyulun 10-da 35 min venesuelalı ölkələrində qıt olan ilkin tələbat məhsullarını almaq üçün qonşu Kolumbiyaya getmişdi. Əhali prezidentin 2015-ci ilin avqustundan bağlı olan sərhədləri 14 saatlıq müddətdə açmaqla bağlı qərarından istifadə etmişdi.

Həmçinin ötən həftə 500-ə yaxın venesuelalı qadın Kolumbiyadan ərzaq məhsulları almaq üçün qoruyucu sədləri aşmışdı.

"Datanalisis" ictimai rəy sorğu xidmətinin məlumatına görə, paytaxt Karakasda supermarketlərdə kütləvi tələbat mallarının əsas növlərinin 80%-i çatışmır.

Son xəbərlər

Orphus sistemi