Venesuela müxalifətinin lideri tərəfdarlarını etiraz aksiyasına çağırıb

Venesuela müxalifətinin lideri tərəfdarlarını etiraz aksiyasına çağırıb Bu müraciət Nikolas Maduro Azərbaycanda səfərdə olan zaman baş verib
Digər ölkələr
22 Oktyabr , 2016 07:36
Venesuela müxalifətinin lideri tərəfdarlarını etiraz aksiyasına çağırıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Venesuela müxalifətinin lideri və Miranda ştatının qubernatoru Enrike Kapriles tərəfdarlarını ölkə prezidenti Nikolas Maduronun istefası barədə referendumun keçirilməsi üçün imzatoplama prosesinin ikinci mərhələsinin başlanmalı olduğu 26 oktyabr tarixində "Venesuelaya hücum"a çağırıb.

"Report" xəbər verir ki, bu müraciət ölkə prezidenti Azərbaycanda səfərdə olan zaman edilib.

Ötən cümə axşamı beş ştatın məhkəməsi bu imzatoplama prosesinin birinci mərhələsinin nəticələrini gözlənilmədən ləğv edib. Halbuki onlar bundan əvvəl Milli Seçki Şurası tərəfindən həqiqi hesab olunmuşdu. Hazırda bu olmadan ikinci mərhələnin keçirilməsi mümkün deyil. İkinci mərhələ isə oktyabrın 26-da keçirilməli idi.

Belə olan halda bu məsələ havadan asılı vəziyyətdə qalıb, imzatoplama mərasimi isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Müxalifət lideri aksiyanın tamamilə dinc xarakter daşıyacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi