Venesuela hökuməti Kolumbiya ilə sərhəddə humanitar yardıma çıxışı bağlayıb

Venesuela hökuməti Kolumbiya ilə sərhəddə humanitar yardıma çıxışı bağlayıb Bakı. 6 fevral. REPORT.AZ/ Venesuela ordusunun hərbi qulluqçuları humanitar yardımın ölkəyə gətirilməsinin qarşısını almaq üçün Kolumbiya ilə sərhəddə körpünü bağlayıb.
Digər ölkələr
6 Fevral , 2019 11:16
Venesuela hökuməti Kolumbiya ilə sərhəddə humanitar yardıma çıxışı bağlayıb
0 : 00
0 : 00

Bakı. 6 fevral. REPORT.AZ/ Venesuela ordusunun hərbi qulluqçuları humanitar yardımın ölkəyə gətirilməsinin qarşısını almaq üçün Kolumbiya ilə sərhəddə körpünü bağlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Venesuela müxalifətinin nümayəndələri Kolumbiyanın Kukuta şəhəri ilə Venesuelanın Urenya şəhəri arasındakı sərhəd körpüsünün avtosistern və yük konteyneri ilə bağlandığını bildiriblər.

Yardımın çatdırılmasının koordinatoru özünü ölkənin müvəqqəti prezidenti elan etmiş, müxalifətyönümlü parlamentin sədri Xuan Quaydodur.

Qeyd edək ki, fevralın 14-də Vaşinqtonda Venesuelaya humanitar yardımın toplanması ilə bağlı beynəlxalq konfrans keçirilməlidir.

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin kimdənsə nəsə istəməyəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi