Venesuela Kanada səfirinə etiraz notası təqdim edib

Venesuela Kanada səfirinə etiraz notası təqdim edib Karakasda kanadalı rəsmilərin bəyanatlarını ölkənin daxili işlərində müdaxilə hesab ediblər
Digər ölkələr
19 Oktyabr , 2017 10:26
Venesuela Kanada səfirinə etiraz notası təqdim edib
РИА Новости / Дмитрий Знаменский

Bakı. 19 oktyabr. REPORT.AZ/ Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Kanadanın ölkəsindəki səfiri Kreyb Kovalikə etiraz notası təqdim edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Karakasda kanadalı rəsmilərin bəyanatlarını ölkənin daxili işlərində müdaxilə hesab ediblər.

"Müdaxilə xarakteri daşıyan daimi hücumlara görə Venesuela hökuməti adından Kanada hökumətinə etiraz notası təqdim edirik. Kanada hökuməti, o cümlədən rəsmi şəxslərin sosial şəbəkələrdəki səhifələri vasitələri, mütamadi olaraq Venesuelaya qarşı hücumlar edir", - Venesuela Xarici İşlər Nazirliyi X.Arreasanın notanı təqdim edərkən söylədiyi fikirləri çatdırıb.

Qeyd edək ki, daha əvvəl Kanadanın xarici işlər naziri Xristya Friland ölkəsinin mövcud pozuntuları əldə rəhbər tutaraq Venesuelada keçirilən qubernator seçkilərin nəticələrinin etibarlılığına şübhə etdiyini bildirib. Buna cavab olaraq, Venesuela Prezidenti Nikolas Maduro Kanada hökumətinin ünvanına sərt tənqidlər səsləndirib, onların bu addımını təkəbbürlülük və axmaqlıq adlandıırb, onlara ölkədən rədd olub getmələrini məsləhət görüb. Həmçinin Karakas Ottavadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

X.Arreasanın hesablamalarına görə, martın 31-dən bəri Kanada hökuməti Venesueladakı vəziyyət ilə bağlı 14 dəfə bəyanat verib.

Son xəbərlər

Orphus sistemi