Venesuela elektrik təchizatının kəsilməsini kiberhücumla əlaqələndirib

Venesuela elektrik təchizatının kəsilməsini kiberhücumla əlaqələndirib Bakı. 9 mart. REPORT.AZ/ Venesuela tarixində elektrrik təchizatı sahəsindəki ən irimiqyaslı qəzanın səbəbi kiberhücumdur.
Digər ölkələr
9 Mart , 2019 11:05
Venesuela elektrik təchizatının kəsilməsini kiberhücumla əlaqələndirib
ScoopNest

Bakı. 9 mart. REPORT.AZ/ "Venesuela tarixində elektrrik təchizatı sahəsindəki ən irimiqyaslı qəzanın səbəbi kiberhücumdur".

“Report” RBK-ya istinadən xəbər verir ki, bunu ölkənin informasiya naziri Xorxe Rodriges dövlət televiziyasının canlı yayımında bildirib. 

O, kiberhücumun arxasında ABŞ-ın dayandığına dair müəyyən ehtimalların olduğunu da diqqətə çatdırıb: “Hücumun hədəfi Quri hidroelektrik stansiyasının avtomatik nəzarət sistemi olub”. 

Nazir sistemin hakerlərin nəzarəti altına keçməsini əngəlləmək üçün su elektrik stansiyasının fəaliyyətini təhlükəsizlik naminə dayandırdıqlarını vurğulayıb.  

Qeyd edək ki, martın 7-də Venesuelada enerji böhranı yaranıb. Nəticədə xəstəxanalarda 79 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi