Venesuela defoltla üzləşə bilər

Venesuela defoltla üzləşə bilər Bakı. 18 dekabr. REPORT.AZ/ Venesuela hökuməti borclarına dair ödəmələri növbəti dəfə köçürmədiyinə görə 5 sərmayə fondu tərəfindən bondları erkən bağlamaq və faizləri ödəmək tələbləri ilə üzləşib.
Digər ölkələr
18 Dekabr , 2018 20:56
Venesuela defoltla üzləşə bilər

Bakı. 18 dekabr. REPORT.AZ/ Venesuela hökuməti borclarına dair ödəmələri növbəti dəfə köçürmədiyinə görə 5 sərmayə fondu tərəfindən bondları erkən bağlamaq və faizləri ödəmək tələbləri ilə üzləşib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müddəti 2034-cü ilədək olan 1,5 milyard dollar məbləğində avrobondlar üzrə 140 milyon dollarlıq ödəmələri gecikdirən hökumət qanuna əsasən həmin tələbləri dərhal yerinə yetirməlidir. Lakin bu, inandırıcı görünmədiyindən ölkə növbəti illərdə məhkəmə prosesləri ilə üz-üzə qalacaq.

Bu addım digər sərmayəçilər tərəfindən də oxşar tələblərə rəvac verə bilər. Ölkədə, ümumiyyətlə, 60 milyard ABŞ dolları məbləğində dövlət istiqrazları tədavüldədir.

Son xəbərlər

Orphus sistemi