Venesuela Braziliya ilə sərhədini bağlayıb

Venesuela Braziliya ilə sərhədini bağlayıb Bu, qaçaqmal banknotla mübarizə məqsədi ilə edilib
Digər ölkələr
15 Dekabr , 2016 04:39
Venesuela Braziliya ilə sərhədini bağlayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Venesuela hökuməti qaçaqmal banknot ilə mübarizə çərçivəsində Braziliya ilə sərhədini 72 saat müddətinə bağlayıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Braziliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, müvafiq bəyanat ölkənin Karakasdakı səfirliyi tərəfindən şifahi şəkildə alınıb.

İki ölkə arasında mövcud olan sərhədin uzunluğu təqribən 2,2 min km. təşkil edir. 

Son xəbərlər

Orphus sistemi