Venesuela “bir həftədən bir” rejiminə keçir

Venesuela “bir həftədən bir” rejiminə keçir Venesuela hökuməti koronavirusla bağlı karantin qaydalarını dəyişərək ölkədə həftəlik iş rejiminin 7 günlük olmasına dair qərar çıxarıb. Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib, 7 gün istirahət edəcək.
Digər ölkələr
6 İyun , 2020 11:21
Venesuela “bir həftədən bir” rejiminə keçir

Venesuela hökuməti koronavirusla bağlı karantin qaydalarını dəyişərək ölkədə həftəlik iş rejiminin 7 günlük olmasına dair qərar çıxarıb. Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib, 7 gün istirahət edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter” səhifəsində yazıb.

“Yumşalmanın ilk həftəsi çox yaxşı keçdi və vətəndaş şüuru və vicdanı nümunəsi göstərdi. İndi 7+7 formuluna keçirik. Karantində olan günlərdə işçilər sanitar tədbirlərə ciddi riayət etməlidir”, - o yazıb.

Xatırladaq ki, 7+7 metodu virusun yayılmasına həssas olan sərhəd bölgələri üçün keçərli deyil. Bundan əvvəl ölkədə 5+10 günlük iş qrafiki qüvvədə idi.

Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2 145 COVID-19 hadisəsi aşkarlanıb, 20 nəfər virusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi