Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər Bu, ADT XİN rəhbərlərinin Venesuela ilə razılaşdırılmamış görüşü keçiriləcəyi təqdirdə baş verə bilər
Digər ölkələr
26 Aprel , 2017 08:29
Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər

Bakı. 26 aprel. REPORT.AZ/ Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bildirib ki, ölkə Amerika Dövlətləri Təşkilatından (ADT) çıxa bilər.

"Report" xəbər verir ki, bu barədə "Telesur" məlumat yayıb.

"Mən ADT-nin XİN rəhbərlərinin Venesuela ilə razılaşdırılmamış görüşü keçiriləcəyi təqdirdə ölkə prezidenti Nikolas Madurodan ölkənin təşkilatdan çıxarılması prosesini işə salmaq göstərişi almışam", — deyə Rodriqes bildirib.

Cari ilin mart ayında Maduro Venesuela və ADT arasında qarşılıqlı münasibətlərin gələcək taleyini xalq ilə müzakirə etməyə hazırlaşdığını bildirib.

Son xəbərlər

Orphus sistemi