Bakı. 8 aprel. REPORT.AZ/ Venesuela hökuməti ABŞ-ın Suriya ərazisinə endirdiyi raket zərbələrini pisləyib.
"Report" xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Amerikanın Suriyaya hücumu bu ölkənin suverenliyinə qarşı təcavüzdür və BMT nizamnaməsinin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və dövlətlərin daxili işlərinə qarışmama kimi prinsip və məqsədlərini pozur", - deyə bəyanatda bildirilir.