Venesiyada suyun səviyyəsi yenidən qalxacaq

Venesiyada suyun səviyyəsi yenidən qalxacaq Bu gün Venesiyada su səviyyəsinin dəniz səviyyəsindən təhlükəli hədd sayılan 130 santimetrə qarşı 150 santimetrədək qalxacağı gözlənilir.
Digər ölkələr
15 Noyabr , 2019 12:37
Venesiyada suyun səviyyəsi yenidən qalxacaq

Bu gün Venesiyada su səviyyəsinin dəniz səviyyəsindən təhlükəli hədd sayılan 130 santimetrə qarşı 150 santimetrədək qalxacağı gözlənilir.

“Report” xəbər verir ki, şəhər bələdiyyəsinin başçısı Luici Bruniaro “Twitter” səhifəsində şəhər sakinlərini və qonaqları ciddi səbəb olmadan küçəyə çıxmamağa çağırıb.

Xatırladaq ki, ötən gün şəhərdə suyun səviyyəsi 125 santımetrə qalxmışdı.

Bu gün İtaliya Mülki Müdafiə Departamenti Venesiyanın mərkəzi olduğu Veneto bölgəsində ən yüksək qırmızı təhlükə elan edib. Gözlənilən əlverişsiz hava üzündən 30-dək şəhərdə məktəblər bağlanıb. Həmçinin Veneto, Piemonte, Lombardi, Trentino Cənubi Tirol bölgələrində də güclü çovğun, qalan ərazilərdə leysan yağışlar və şimşək gözlənilir.

Son xəbərlər

Orphus sistemi