Yuxarı

Venesiya sakinləri turistlərin sayının həddindən çox olmasına etiraz edirlər

Ötən il şəhərə 30 milyon turist gəlib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Venesiyada yerli sakinlər şəhərə həddindən çox turistin gəlməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, hazırda rəsmi məlumatlara görə, Venesiyanın tarixi mərkəzində 56 min nəfər yaşayır. Ötən il şəhərə 30 milyon turist gəlib. Bu da hər günə orta hesabla 70 min nəfərdən çox deməkdir.

Yerli sakinlər turistlərin davranışından narazıdır. Onlar həmçinin dar küçələrdə turist izdihamı arasından sıyrılıb keçməkdən yorulduqlarını deyirlər.

Ancaq şəhər büdcəsi əhəmiyyətli vəsaitlər tələb edir və bu, vəsait xüsusilə turistlərin axını hesabına təmin edilir. Sadəcə, şəhər sakinləri Venesiyanın bu qədər turisti qəbul etmək iqtidarında olmadığını təkidlə iddia edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi