Yuxarı

Vəkil: "Formula-1"in yeddiqat dünya çempionu sərbəst yeriyə bilmir"

Mixael Şumaxerin müalicəsi 2014-ci ilın sentyabrından İsveçrədəki evində davam edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Formula-1" yarışının yeddiqat dünya çempionu Mixael Şumaxer hələ sərbəst yeriyə bilmir".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu 47 yaşlı M.Şumaxerin vəkili Feliks Damm bildirib.

Onun sözlərinə görə, dünya çempionu assistentin yardımı ilə yeriyir, əllərini tərpədir.

Mixael Şumaxer 2013-cü ilin sonunda Fransada Alp dağında dağ-xizəyi sürərəkən başı daşa dəyib. Aldığı kəllə-beyin travması nəticəsində komaya düşüb. O, 2014-c ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, onun müalicəsi 2014-ci ilın sentyabrından İsveçrədəki evində davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi