Yuxarı

Nadejda Savçenko Ukraynaya qayıda bilər

Vəkili ukraynalı pilotun ölkəsinə təhvil veriləcək şəxslərin siyahısına daxil edildiyini təsdiqləyib

Bakı. 12 fevral. REPORT.AZ/ Ukraynalı pilot Nadejda Savçenkonun vəkili Mark Feyqin müvəkkilinin ölkəsinə təhvil veriləcək şəxslərin siyahısına daxil edildiyini təsdiqləyib. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

"Qeyri-rəsmi olaraq Kiyevdən mənə bildiriblər ki, guya mübadilə haqqında razılıq əldə olunub və müvəkkilim siyahıya daxil edilib. Bu, qeyri-rəsmi məlumatdır, mən həmin siyahıları görməmişəm. Kağızda kimin imzalarının olmasını bilmək üçün onu görmək lazımdır. Lakin bu, etibarlı mənbədir. "Normand formatı" çərçivəsində baş tutan Minsk görüşünün nəticəsində əldə olunacaq razılaşmanın bəndlərindən biri də mübadilə ilə bağlı olacaq və ukraynalı pilot həmin mübadilə olunacaq şəxslərin siyahısına daxil edilib", - vəkil Mark Feyqin qeyd edib.

Ukrayna prezidenti Pyotr Poroşenko bir müddət əvvəl Savçenkonun ölkəsinə qaytarılması planlarından danışıb. 

Rusiyada Nadejda Savçenkonu Rusiyanın "VQTRK" telekanalnın jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin qətlinə yardım etməkdə, eləcə də RF sərhədini qanunsuz keçməkdə ittiham edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi