Xristian dünyasının mərkəzi sayılan Vatikanda koronavirusa ilk yoluxma faktı aşkarlanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Vatikan rəsmisi Matteo Bruni açıqlayıb.
Onun sözlərinə görə, ötən gün bir pasiyentdən alınan analizin nəticələri pozitiv çıxıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 835-ə çatıb. Bunların 55 805 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.