Vaşinqtonun Kiyevə ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır

Vaşinqtonun Kiyevə ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır Vaşinqtonun Kiyev hakimiyyətini dəstəkləmək üçün ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır.
Digər ölkələr
25 Fevral , 2024 07:53
Vaşinqtonun Kiyevə ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır

Vaşinqtonun Kiyev hakimiyyətini dəstəkləmək üçün ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.

Amerika xarici siyasət departamentinin nümayəndəsi əmin olduğunu bildirib ki, fasilədən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə dəstək üçün əlavə büdcə ayırmaları təsdiq etməklə bütün dünyada azadlıq və demokratiyanı qoruyacaq:

“Yeri gəlmişkən, xatırlamaq lazımdır ki, vəsaitlərin əsas hissəsi dərhal silah istehsalına, o cümlədən Amerikanın 40-a yaxın ştatında yaxşı maaşlı iş yerlərinin yaradılmasına görə birbaşa Amerika iqtisadiyyatına qaytarılır”.

Son xəbərlər

Orphus sistemi