​Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti başlayır

​Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti başlayır Bu dəfə sammitə 50-yə yaxın nümayəndə heyəti qatılacaq
Digər ölkələr
31 Mart , 2016 07:00
​Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti başlayır

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit öz işinə başlayır.

"Report" xəbər verir ki, sammitdə dünyanın müxtəlif ölkələrindən 50-yə yaxın nümayəndə heyəti iştirak edəcək. Onların əksəriyyətinə prezidentlər və ya baş nazirlər rəhbərlik edirlər.

Sammitdə iştirak üçün Vaşinqtona gələn nümayəndə heyətinin rəhbərləri martın 31-də ABŞ prezidenti Barak Obamanın Ağ Evdə təşkil edəcəyi işgüzar şam yeməyində bir araya gələcək.

Sammitin plenar sessiyası aprelin 1-də açılacaq. Orada iştirakçılar nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün milli tədbirləri müzakirə edəcək. Ardından işgüzar nahar zamanı bu mövzuda beynəlxalq fəaliyyət müzakirə olunacaq.

Sammit ABŞ prezidenti Barak Obamanın mətbuat qarşısındakı brifinqi ilə sona çatacaq.

Qeyd edək ki, martın 30-da Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün ABŞ-a səfərə gedib.

Xatırladaq ki, daha öncə Nüvə Təhlükəsizliyi Sammiti Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib. 

Son xəbərlər

Orphus sistemi