Vaşinqtonda musiqi festivalında atışma zamanı iki nəfər ölüb

Vaşinqtonda musiqi festivalında atışma zamanı iki nəfər ölüb ABŞ-ın Vaşinqton ştatında “Beyond Wonderland” elektron musiqi festivalında baş verən atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Digər ölkələr
18 İyun , 2023 13:30
Vaşinqtonda musiqi festivalında atışma zamanı iki nəfər ölüb

ABŞ-ın Vaşinqton ştatında “Beyond Wonderland” elektron musiqi festivalında baş verən atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Fox News” kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə festival ərazisindəki düşərgədə baş verib. Şübhəli şəxs saxlanılıb.

Festivalın rəsmi tviter səhifəsində verilən məlumata əsasən, hazırda tədbirə gələnləri heç nə təhdid etmir.

Son xəbərlər

Orphus sistemi