Yuxarı

Vaşinqtonda irqçiliyə qarşı aksiya təşkil olunub

Etirazçılar polisi afro-amerikalılara qarşı ayrı-seçkilikdə ittiham ediblər.

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın müxtəlif şəhərlərində afro-amerikalıların polis zorakılığının hədəfinə çevrilməsi amerika cəmiyyətdə ciddi əks-səda doğurub. “Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, minlərlə qara dərili ötən gün paytaxt Vaşinqtonda keçirilən etiraz aksiyasında iştirak edib.

Konqres binasının qarşısında yekunlaşan dinc yürüş iştirakçıları ABŞ hökümətindən irqçiliyin qarşısının alınmasını tələb ediblər.

Etirazçılar polisi və məhkəmə sistemini afro-amerikalılar və digər azlıqlara qarşı ayrı-seçkilikdə ittiham ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi