Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb

Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Vaşinqton şəhərində silahlı insident nəticəsində 3 nəfər həyatını itirib.
Digər ölkələr
27 yanvar 2019 08:08
Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Vaşinqton şəhərində silahlı insident nəticəsində 3 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bunu şəhərin polis rəisi Piter Nyuşem deyib.

"The Washington Post" yazır ki, üzərində odlu silah yarası olan iki nəfər park edilmiş avtomobillərdən birində aşkar edilib, daha bir meyit isə maşından 45 metr aralıda tapılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır, polis əməkdaşları cinayətkarı axtarır.

Daha əvvəl ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi