​Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb

​Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb Bir qadın və iki kişi öldürülüb, bir kişi yaralanıb
Digər ölkələr
22 İyun , 2016 23:58
​Vaşinqtonda atışma nəticəsində 3 nəfər ölüb

Bakı. 22 iyun. REPORT.AZ/ ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhəri yaxınlığında naməlum şəxs üç nəfəri güllələyərək öldürüb, bir nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Terston dairəsinin şerif idarəsinin rəsmi nümayəndəsi Deyv Pirsoll məlumat verib.

Onun sözlərinə görə, bir qadın və iki kişi öldürülüb, bir kişi odlu silah yarası alıb. Məhz sonuncu şəxs hadisə yerinə polis çağırıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti stabildir. Asayiş keşikçiləri hələ ki, şübhəli şəxsi yaxalaya bilməyiblər.

Son xəbərlər

Orphus sistemi