Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək

Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək İclasa ABŞ-ın dövlət katibi Reks Tillerson başçılıq edəcək
Digər ölkələr
10 Mart , 2017 10:58
Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək

Bakı. 10 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisinin iştirakı ilə Vaşinqtonda toplantı keçiriləcək.

“Report” “Bloomberg”ə isinadən xəbər verir ki, bunu ABŞ-ın Prezident Administrasiyasının iki nümayəndəsi bildirib.

İnformasiyaya əsasən, görüşün martın 22-23-də keçirilməsi nəzərdə tutulub.

ABŞ prezidenti Donald Trampın administrasiyasının təşkil etdiyi toplantıya 68 dövlətin xarici işlər nazirləri ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq. Xəbərdə bildirilib ki, iclasa ABŞ-ın dövlət katibi Reks Tillerson başçılıq edəcək. 

Son xəbərlər

Orphus sistemi