​Vaşinqton və Paris İrana qarşı mövqenin sərtləşdirilməsinin tərəfdarıdır

​Vaşinqton və Paris İrana qarşı mövqenin sərtləşdirilməsinin tərəfdarıdır Bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib
Digər ölkələr
7 Mart , 2015 20:15
​Vaşinqton və Paris İrana qarşı mövqenin sərtləşdirilməsinin tərəfdarıdır

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ və Fransa İranla müqavilə üzrə mövqenin sərtləşdirilməsinin zəruri olduğunu hesab edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Con Kerri məlumat verib.

Onun sözlərinə görə, hazırda Tehranla nüvə proqramı üzrə sazişin təcili əldə olunmasına heç bir zərurət yoxdur. Dövlət katibi qeyd edib ki, zəruri olan düzgün müqavilə imzalamaqdır.

Fransanın xarici işlər naziri Loran Fabius Con Kerri ilə danışıqlardan sonra İranın nüvə proqramı üzrə irəliləyişin əldə olunduğu barədə məlumat verib. O, həmçinin qeyd edib ki, danışıqlarda bir sıra fikir ayrılıqları hələ də qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi