Vaşinqton ştatından olan seçicilər kollegiyasının üzvləri cərimələnəcək

Vaşinqton ştatından olan seçicilər kollegiyasının üzvləri cərimələnəcək Seçicilər kollegiyasının dörd üzvü min dollar məbləğində cərimə ödəyəcək
Digər ölkələr
23 Dekabr , 2016 10:17
Vaşinqton ştatından olan seçicilər kollegiyasının üzvləri cərimələnəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın seçicilər kollegiyasının Vaşinqton ştatından olan dörd üzvü prezident seçkilərində səsvermə qaydalarını pozduqlarına görə, min dollar məbləğində cərimələnəcəklər.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, seçicilər kollegiyasının həmin üzvləri Demokratlar Partiyasının namizədi Hillari Klintona səs verməli olduğu halda, Donald Trampa səs verib.

Vaşinqton ştatının katibinin rəsmi nümayəndəsi Devid Ammonsun bildirdiyinə görə, bu sədaqətsiz seçicilər (faithless elector) 60 gün ərzində cəriməni ödəməlidir, əka təqdirdə, iş məhkəməyə gedəcək.

Xatırladaq ki, Vaşinqton ştatında keçirilmiş ümumxalq səsverməsində H.Klinton qələbə qazanıb və bu, ona 12 seçki səsi gətirib. Qanun seçki kollegiyasının üzvlərinə xalqın iradəsinə uyğun səs verməyi tələb etsə də, dekabrın 19-da keçirilən kollegiya səsverməsində H.Klintonun lehinə cəmi 8 nəfər səs verib, digər 4 nəfər başqa namizədlərə səs verib.

Qeyd edək ki, 538 nəfərin daxil olduğu seçicilər kollegiyasının səsverməsi zamanı ümumilikdə 7 nəfər qaydanı pozub. Bu, 23 kollegiya üzvünün fikrini dəyişdiyi 1836-cı ildən sonra ən böyük "sadiqsizlik" göstəricisi olub. 

Son xəbərlər

Orphus sistemi