Vaşinqton Kiyevə kibertəhlükəsizlik üçün 37 milyon dollar ayıracaq

Vaşinqton Kiyevə kibertəhlükəsizlik üçün 37 milyon dollar ayıracaq ABŞ administrasiyası Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün Kiyevə 37 milyon dollar ayırmaq niyyətindədir.
Digər ölkələr
5 İyun , 2023 20:32
Vaşinqton Kiyevə kibertəhlükəsizlik üçün 37 milyon dollar ayıracaq

ABŞ administrasiyası Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün Kiyevə 37 milyon dollar ayırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bu gün yaydığı məlumatda deyilir.

Sənəddən anlaşılır ki, ABŞ və Ukrayna rəsmiləri iyunun 1-də Estoniya paytaxtı Tallində kiberdialoq çərçivəsində görüş keçirib və bu görüşdə Amerika tərəfi Ukraynanın kiber sferada müdafiəsini dəstəkləməyə sarsılmaz sadiqliyini təsdiqləyib.

“ABŞ Ukraynaya əlavə 37 milyon dollar yardım ayrılması üçün Konqreslə işləyir. Bununla ümumi məbləğ 2022-ci ilin fevralından 82 milyon dollara çatacaq, 2016-cı ildən bəri isə 120 milyon dolları keçəcək. Bu yardım Ukraynanın təhdidləri müəyyən etmək, onların qarşısını almaq və onlara cavab vermək potensialının gücləndirilməsinə yardım edib, eləcə də son dərəcə vacib şəbəkələrin və rəqəmsal infrastrukturun qorunmasına töhfə verib”, - Dövlət Departamentindən bildirilib.

Tərəflər Ukraynanın rəqəmsal sahədə uzunmüddətli inkişafında kibertəhlükəsizliyin rolunu müzakirə ediblər. Onlar həmçinin bu sahədə ABŞ və Ukrayna arasında gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi də aparıblar.

Son xəbərlər

Orphus sistemi