Varşavada nüvə təhqiqatları mərkəzində yanğın olub

Varşavada nüvə təhqiqatları mərkəzində yanğın olub Polşanın paytaxtı Varşava ətrafında yerləşən Milli Nüvə Təhqiqatları Mərkəzində yanğın olub.
Digər ölkələr
9 May , 2020 14:47
Varşavada nüvə təhqiqatları mərkəzində yanğın olub

Polşanın paytaxtı Varşava ətrafında yerləşən Milli Nüvə Təhqiqatları Mərkəzində yanğın olub.

“Report” xəbər verir ki, məlumatı Polşa Atom Enerji Agentliyi yayıb.

Bildirilib ki, yanğın radioaktiv tullantılar olan yerə keçməyib.

Mərkəzdə MARIA tədqiqat nüvə reaktoru işləyir. Orada dərman və başqa məqsədlər üçün izotop preparatları istehsal edilir. Məlumata görə, yanğın binanın izotoplar və radioaktiv maddələrin yerləşdiyi hissəsini əhatə etməyib.

Hadisə nəticəsində ətraf mühitə radioaktiv maddələrin tullantısı aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi