Varşavada ATƏT DİİHB-nin müşavirəsi öz işinə başlayır

Varşavada ATƏT DİİHB-nin müşavirəsi öz işinə başlayır Müşavirəyə ATƏT-in bütün iştirakçı ölkələri qatıla bilər
Digər ölkələr
19 Sentyabr , 2016 07:43
Varşavada ATƏT DİİHB-nin müşavirəsi öz işinə başlayır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) insan normalarına həsr olunmuş öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi üzrə müşavirəsi öz işinə başlayır.

"Report" xəbər verir ki, hər il keçirilən müşavirədə məqsəd ATƏT-in insan normaları üzrə öz öhdəliklərini yerinə yetirməsinə nəzər salmaq, onunla bağlı problemləri müzakirə etmək, bu məsələnin gələcəkdə təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi aparmaq və tövsiyələr hazırlamaqdır.

Müşavirəyə ATƏT-in 57 iştirakçı ölkəsinin hamısı, təşkilatın qurumları, onun tərəfdaşları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar qatıla bilər.

Son xəbərlər

Orphus sistemi