Vanuatunun prezidenti vəfat edib

Vanuatunun prezidenti vəfat edib Baldvin Lonsdeyl ürək tutmasından dünyasını dəyişib
Digər ölkələr
17 İyun , 2017 08:51
Vanuatunun prezidenti vəfat edib

Bakı. 17 iyun. REPORT.AZ/ Vanuatunun prezidenti Baldvin Lonsdeyl ürək tutmasından vəfat edib.

"ReportUn məlumatına görə, bu barədə "Radio New Zealand" xəbər verib.

Xəbərdə bildirilir ki, o, təcili xəstəxanaya çatdırılsa da, həkimlər prezidentin həyatını xilas edə bilməyib. Baldvin 2014-cü ilin sentyabrından prezident postunu tuturdu. O, buna qədər keşiş olub.

Ölkə konstitusyasına əsasən yeni prezident 3 həftə ərzində parlament üzvləri regional şuraların rəhbərləri tərəfindən seçilməlidir.

Son xəbərlər

Orphus sistemi